16 İyun 2023 / 19:00

İDXAL OLUNAN TAXILIN HƏM HƏCMİ, HƏM DƏ DƏYƏRİ ARTIB

Bu ilin yanvar-may ayları ərzində ölkəyə 134 904,04 min ABŞ dolları dəyərində 450 152,65 ton buğda idxal edilib.

TEZADLAR.AZ xəbər verir ki, vergiler.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 8,7 faiz, həcmi isə 26,6 faiz artıb.

Qeyd edək ki, bu ilin ilk 5 ayı ərzində buğda idxalı ölkənin ümumi idxalının 1,97 faizinə bərabər olub ki, bu da ötən ilin eyni göstəricisindən 0,45 faiz bəndi azdır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!