Həmin müddətdə Çindən gələnlərin sayı 6,1 dəfə, Türkmənistandan – 3,9 dəfə, Hindistandan – 3,2 dəfə, Belarusdan – 2,7 dəfə, Özbəkistandan – 2,6
dəfə, Qazaxıstandan – 2,0 dəfə, Rusiya Federasiyasından – 2,0 dəfə, Böyük Britaniyadan – 1,8 dəfə, İsraildən – 1,7 dəfə, ABŞ-dan – 1,6 dəfə, Küveytdən – 43,8 faiz, Pakistandan – 43,0 faiz, Gürcüstandan – 41,7 faiz, Türkiyədən – 22,5 faiz, Omandan – 17,4 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 14,7 faiz artıb”, – deyə bildirib.
Vüqar Bayramov turistlərin böyük qisminin hava, daha sonra dəmir yolundan istifadə etdiklərini nəzər çatdııb və turizm mövsümünün başlaması ilə əlaqədra quru sərhədlərinin də mərhələli şəkildə açılmasının lazım olduğunu bildirib.