27 İyun 2023 / 12:46

KOB-DAN VERGİ DAXİLOLMALARI 61% ARTIB

Bu gün Mikro, Kiçik və Orta Müəssisələr Günü qeyd olunur. KOB subyektlərinin fəaliyyətinin təşviqi iqtisadiyyatımızın şaxələnməsinə və qeyrineft sektorunun inkişafına mühüm töhfələr verir.

2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində ölkəmizdə KOB subyektlərinin sayı 45% artıb və qeyri-neft ÜDM-də payı 23,5%-dən 26,6%-ə yüksəlib.

2021-ci illə müqayisədə 2022-ci ildə KOB-lar üzrə dövriyyə 19%, vergi daxilolmaları isə 61% artıb. Sahibkarlarımıza davamlı uğurlar və nailiyyətlər arzulayırıq.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosil şəbəkə hesablarında paylaşım edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!