Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bu gün daha bir neçə ailə Laçına yola salınıb.
Dövlətqaçqınkom-dan “Təzadlar”a verilən məlumata görə, bu gün daha 89 nəfərdən ibarət 19 ailə doğma yurduna geri dönür. Köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Laçın şəhərində 152 ailə, yəni 591 nəfərin daimi məskunlaşması təmin edilib.
Köçümüz və qayıdışımız mübarək! Qarabağ Azərbaycandır!