Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.
Tezadlar.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutacaq. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Yunanıstanda AEK-in qonağı olacaq.
II raundda “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Rakuv” Polşada Kiprin “Aris” klubunu qəbul edəcək.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” isə Sloveniyada “Olimpiya” ilə qarşılaşacaq. Bu cütün məğlubu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” – HİK (Finlandiya) duelinin güclüsünə rəqib olacaq.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
8 avqust
22:00. “Rakuv” (Polşa) – “Aris” (Kipr)
22:00. “Kopenhagen” (Danimarka) – “Sparta” (Çexiya)
22:30. PSV (Niderland) – “Şturm” (Avstriya)
22:45. AEK (Yunanıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya)
22:45. “Klaksvik” (Farer adaları) – “Molde” (Norveç)
23:00. “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə)
23:00. “Braqa” (Portuqaliya) – “Baçka Topola” (Serbiya)
Qeyd edək ki, bu raundun digər 3 oyunu avqustun 9-da keçiriləcək.