Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Fransa Laçın dəhlizinin açılmasına dair qətnaməni Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına təqdim etməyə hazırlaşır. Bu barədə Le Figaro jurnalının redaktor müavini Jan-Kristof Büssonun məqaləsində deyilir.
Onun sözlərinə görə, qətnamədə məqsəd “Azərbaycanın Laçın dəhlizini blokadaya alması səbəbindən aclıq astanasında olan” Dağlıq Qarabağ sakinlərinə kömək etməkdir. Bundan əlavə, gələn həftə Paris və Fransanın böyük regionları “ərzaq, dərman, benzindən məhrum olan və vaxtaşırı elektrik, su və internet kəsintisinə məruz qalan” Qarabağ sakinləri üçün Ermənistana humanitar karvan göndərəcəklər, – məqalədə deyilir. (“Turan”).
Bu isə o deməkdir ki, Makron erməniliyini sübut etmək üçün son nəfəsinədək səy göstərəcək. Göstərir də. Amma əbəs!
JASMİN