5 Sentyabr 2023 / 11:52

BU GÜNDƏN MÜƏLLİMLƏRİN VAKANSİYA SEÇİMİ BAŞLAYIR

Sentyabrın 5-də müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimlərinə start verilib.

TEZADLAR.AZ Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər.

 Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 7 sentyabr saat 12:00-da başa çatacaq.

 Namizədlərə vakansiya seçimi etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edirik.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!