Əsas məzmuna keç

GİMNASTIMIZ MACARISTANDA KEÇİRİLƏN QRAN PRİDƏ QIZIL MEDAL QAZANDI

Azərbaycanın idman gimnastikası üzrə milli komandasının üzvü Nikita Simonov beynəlxalq yarışda – Macarıstan Qran Prisində birinci yer tutub.

Əldə etdiyimiz məlumata görə, idman gimnastikası üzrə yarışı 24-26 sentyabr tarixlərində Sombatxey şəhərində keçirilir. Azərbaycan gimnastı halqa ilə hərəkətlərində qızıl medal qazanıb (14.500 xal).

Qeyd edək ki, ikinci yeri Avstriya gimnastı, üçüncü yeri isə İsraili təmsil edən idmançı tutub.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…