Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 Oktyabr 2021 / 06:43

“DELTA” ŞTAMI 192 ÖLKƏDƏ YAYILIB

Yüksək yoluxuculuğu ilə fərqlənən koronavirusun “Delta” ştamı əhatə dairəsini genişləndirərək dünyanın 192 ölkəsində yayılıb.

TASS agentliyi xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında deyilir.

Ekspertlər “Alfa”, “Beta”, “Qamma” və “Delta” ştamlarını “narahatlıq doğuran variantlar”a aid ediblər.

Xatırladaq ki, ilk dəfə 2020-ci ilin sentyabrında Böyük Britaniyada qeydə alınmış “Alfa” ştamı 195 ölkədə yayılıb. Ötən ilin avqustunda CAR-da qeydə alınmış “Beta” ştamı 145 ölkədə, həmin ilin sentyabrında Braziliyada müşahidə edilmiş “Qamma” ştamı 99 ölkədə yayılıb. “Delta” ştamı ilk dəfə olaraq ötən ilin oktyabr ayında Hindistanda qeydə alınıb.

ÜST-ün məlumatına görə, koronavirus pandemiyası baş qaldırandan indiyədək dünyada 235 175 106 yoluxma halı qeydə alınıb ki, onlardan 4 806 841 hal ölümlə nəticələnib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!