Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Qarışıq Döyüş (MMA) üzrə braziliyalı döyüşçü Vinisius Kruz Absolute Championship Akhmatda (ACA) döyüş zamanı qulağının bir hissəsini itirib.
Kruz Qırğızıstandan olan döyüşçü Edil Esenqulov tərəfindən texniki nokauta düşüb.
Bu barədə ACA-nın saytında məlumat verilib: “Edil Esenqulov həkimin döyüşü dayandırması səbəbindən (4-cü raund, 1:02) Vinisius Kruzu texniki nokautla məğlub edərək, orta çəkidə qran-prinin yarımfinalına yüksəlib”.
Qeyd edək ki, Edil Esenqulovun vurduğu zərbələrdən birindən – başına dirsəkdən – Vinisius Kruzun qulağının bir hissəsi qopub. Ona lazımi kömək göstərilib, braziliyalının həyatı təhlükədə deyil.
Sonda qırğız döyüşçü Edil Esenqulov texniki nokautla qələbəyə layiq görülüb və bunun sayəsində o, məğlubiyyətsizlik seriyasını 14 döyüşə çatdıraraq ACA-nın yüngül çəki dərəcəsində Qran Prinin yarımfinalına yüksəlib.
Bəli, idmanda hərdən belə də olur…
JASMİN