Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


2024-cü il yanvarın 1-dən Gürcüstan Respublikasında “SOCAR Georgia Gas” MMC və “Sakorqqaz” ASC-nin pərakəndə qeyri-məişət (kommersiya) müştəriləri üçün 1 m3 təbii qazın qiyməti 1,29 (bir lari iyirmi doqquz tetri) səviyyəsində müəyyən ediləcək.
Gürcüstan KİV-nin xəbərinə görə, bu barədə sözügedən şirkətdən məlumat verilib. Bundan başqa qeyd olunub ki, hökumətin 716 nömrəli qərarı əsasında dövlət buğda unu subsidiya proqramı ilə əhatə olunmuş çörək istehsalı müəssisələri üçün qazın qiyməti dəyişməz olaraq qalacaq. Həmçinin, Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyası tərəfindən məişət (əhali üçün) müəyyən edilən tarif də dəyişməz olaraq qalır.