Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


İran Xarici İşlər Nazirliyi Almaniyanın Tehrandakı səfirini çağıraraq ona etiraz notası təqdim edib.
Bu barədə nazirliyin rəsmi saytında yayılan məlumatda deyilir.
Xarici İşlər Nazirliyi 2022-ci ilin noyabrında Almaniyanın Bohum şəhərində İranəsilli yerli sakinin sinaqoqu yandırmağa cəhdlə bağlı çıxarılan hökmlə əlaqədar İranın müvəqqəti işlər vəkilini çağırdığını açıqlayıb. Almaniya məhkəməsinin fikrincə, planlaşdırılan hücum İranın dövlət qurumu ilə bağlıdır.
İran Xarici İşlər Nazirliyinin press-relizində deyilir ki, Almaniyanın Tehrandakı səfiri Hans-Udo Mutzel məhkəmənin əsassız ittihamları ilə bağlı xəbər dərc edildikdən sonra çağırılıb.
İranəsilli 36 yaşlı kişi ağır yanğın törətmək və yandırmağa cəhd etmədə təqsirli bilinir.