18 Yanvar 2024 / 07:56

“AZƏRBAYCAN ÇOX VAXT NEFT-QAZ DÖVLƏTİ KİMİ TANINIR” – İTALİYALI EKSPERT

Azərbaycanın COP29-a ev sahibliyi etmək qərarı müasir reallıqların bariz nümunəsidir.

TEZADLAR.AZ xəbər verir ki, bunu KİV-ə beynəlxalq münasibətlər üzrə italiyalı ekspert Salvator Santajelo deyib.

“Ölkədə olan qalıq yanacağın böyük ehtiyatlarına və Avropa İttifaqının enerji təhlükəsizliyində xüsusi roluna görə Azərbaycan çox vaxt neft-qaz dövləti kimi tanınır”, – o qeyd edib.

Ekspert vurğulayıb ki, “Azərbaycan enerjinin şaxələndirilməsinə və “yaşıl iqtisadiyyat”a keçidə əhəmiyyətli investisiyalar qoyur və ölkə günəş enerjisi baxımından da böyük potensiala malikdir.

 

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!