18 Yanvar 2024 / 12:26

İSTEHLAKÇILAR ƏN ÇOX NƏDƏN ŞİKAYƏTÇİDİR?

İstehlakçıların şikayətlərinin böyük hissəsi rəflərdəki qiymətlərlə kassadakı qiymətlərin fərqli olması ilə bağlıdır.

TEZADLAR.AZ xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi rəis müavini Elnur Bağırov qurumun 2023-cü ildə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

  “Ötən il qeydə alınan 83 halın 40-ı istehlakçıların aldadılması ilə bağlı olub. Bu səbəbdən rəfdəki qiymətlə kassadakı qiymət uyğun gəlmədikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək sübutlar təqdim etməyi məsləhət görürürk”, -Elnur Bağırov vurğulayıb .

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!