Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


ARB televiziyasında yayımlanan “Həmin Zaur” proqramının aparıcısı Zaur Kamal proqramına gələn qonaqların bir çoxunun geyimindən şikayətçidir.
TEZADLAR.AZ xəbər verir ki, aparıcı dəvətlilərdən bir çoxunun proqrama uyğun geyinmədiyini bildirib və onları tənqid edib.
O, həmçinin proqramına dəvət etdiyi qonaqların geyiminə müdaxilə etdiyini də vurğulayıb:
“Elə bil toya gəlirlər. Hər dəfə köməkçiyə deyirəm desin ki, saçınızı yığıb, zərli geyinib, zərli makiyaj edib gəlməyin. Əməkdar, Xalq artistisən, geyimin o deyil. Necə edək?”.