Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Mən bütün hökumət üzvlərinə komandada qalmağı təklif etdim, yalnız Cuanşer Burçuladze başqa sahəyə keçmək istəyir, digər nazirlərin heç biri dəyişmir”.
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə “Gürcü arzusu” partiyasının baş nazir postuna namizədi İrakli Kobaxidze deyib. “Mən onun qərarına hörmətlə yanaşıram, hazırda Gürcüstan hökumətində yeganə dəyişiklik müdafiə naziri olacaq və onu İrakli Çikovani əvəz edəcək. Nazirlər və kadr dəyişiklikləri ilə bağlı çoxlu spekulyasiyalar var idi. Bu tamamilə absurddur”.
Maraqlıdır ki, Hökumətdə baş verənlərə hələki ölkə prezidentinin reaksiyası yoxdur…