Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə işə qəbul üzrə test imtahanlarında iştirak edən qadın namizədlərin sayı 17 faiz artıb.
Bunu “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” mövzusunda keçirilən forumda DVX-nin Baş idarə rəisi Aytən Kərimova deyib.
Onun sözlərinə görə, 2022-ci ildə test imtahanlarında iştirak edən qadınların sayı 565 nəfər olub. 2023-cü ildə isə bu say 661-ə yüksəlib.
A.Kərimova əlavə edib ki, 2022-ci ildən əməkdaşların fəaliyyətinin sırf əsas fəaliyyət göstəriciləri əsasında qiymətləndirilməsinə başlanılıb.
Bu proses çərçivəsində əməkdaşlar mükafatlandırılır: “Biz fəaliyyətin qiymətləndirilməsinin nəticələrini karyera yüksəlişində aktiv tətbiq etməyə çalışırıq”.