13 Mart 2024 / 04:28

İKİ POLİS ƏMƏKDAŞI SİLAHLA EHTİYATSIZ DAVRANDI VƏ İKİSİ DƏ HƏYATINI İTİRDİ

Dünən martın 13-də saat 3 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti, 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib. Araşdırma aparılır.

Bizə isə təəssüflənmək qalır. Axı necə olub ki, silahla necə davranmağın qayda və qanunları öyrədilməyən polis əməkdaşına avtomat  silah etibar edilir??? 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!