Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Bayer 04”ün “Qarabağ”la oyununu uzun müddət xatırlayacağıq.
Bunu Almaniya futbolunun əfsanəsi Lotar Matteus “Bayer 04” klubunun “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə danışarkən deyib. 62 yaşlı mütəxəssis Leverkuzen təmsilçisinin çıxışından məmnun qalmadığını da gizlətməyib: “Bu, əlbəttə ki, “Bayer 04”ün ən yaxşı oyunu deyildi. Təmsilçimiz qalib gəlmək istəyindən vaz keçmədi. Bu da “Bayer 04”ün son bir neçə ayda Xabi Alonso ilə təkrar-təkrar yaşadığı uğur hekayəsindən xəbər verir”.
Qeyd edək ki, iki oyunun cəmində 5:4 (2:2, 3:2) hesablı qələbə qazanan “Bayer 04” 1/4 finala adlayıb.