26 Aprel 2024 / 16:09

ƏRDOĞAN MAYIN 9-NA PLANLAŞDIRILAN ABŞ SƏFƏRINI NİYƏ TƏXIRƏ SALIB?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ-a planlaşdırılan səfərini təxirə salıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Haber Global” telekanalı mənbələrə istinadən məlumat yayıb.

İddialara görə, Ərdoğan mayın 9-da cədvəlindəki qeyri-müəyyən dəyişikliklərə görə ABŞ-a səfər etməyəcək.

Səfərin yeni tarixinin daha sonra açıqlanacağı qeyd edilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!