Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Moskvanın Basmannı məhkəməsi “Crocus City Hall” konsert zalına hücumda iştirakda ittiham olunan 4 nəfərin həbs müddətini avqustun 22-dək uzadıb.
Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.
Məhkəmə terror aktının şəriki olduğu ehtimal edilən dörd nəfər – Nəzrimad Lütfulloi, Yakubjon Yusufzoda, Məhəmməd Şaripzoda və Cumaxon Kurbonov barəsində istintaqın vəsatətlərini təmin edib.
İşin sirri olduğu üçün iclaslar qapalı keçirilib. Bundan əvvəl məhkəmə terror aktını törətməkdə şübhəli bilinən şəxslərin həbs müddətini avqustun 22-dək uzadıb.
E.ŞİRİNOV