Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ötən gecə İranın xilasedici dəstələri Türkiyənin pilotsuz təyyarəsinin aşkar etdiyi istilik mənbəyinə çatıblar, lakin sərt eniş edən, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin izlərini tapmayıblar.
Bununla belə, tezadlar.az İranın “Press TV” telekanalına istinadla bildirir ki, İranın Qızıl Aypara Cəmiyyəti də Rəisinin helikopterinin qəzaya uğradığı yerin müəyyən edildiyini bildirib. Bundan əvvəl isə Türkiyə PUA-sının ərazidə Rəisinin helikopterinin qalıqlarının ola biləcəyi istilik mənbəyini tapdığı bildirilib.
Lakin bunun ardınca məlum oldu ki, helikopterdəkilərin hamısı həlak olub. Lakin helikopterin hansı səbəbdən qəzaya uğradığı hələki bəlli deyil…
A.Məmmədli