Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Gələcək əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu görüşdə daha sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memoranduma əsasən, tərəflər arasında əmək bazarının araşdırılması, əmək bazarının tələblərinə uyğun tədris proqramlarının təkmilləşdirilməsi, məşğulluq sahəsində yeni ideyaların formalaşdırılması, müsabiqələrin və birgə layihələrin təşkili, startap və inkubasiya mərkəzlərinin yaradılması, tələbələrin təcrübə proqramlarına cəlb olunması, həssas qruplardan olan tələbələr üçün müxtəlif sosial layihələrin hazırlanması və digər sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulub.
Daha sonra tədbirdə “Məzunların məşğulluq reytinqi” platformasının təqdimatı olub. Bildirilib ki, əmək bazarı ilə əlaqəli hər bir şəxsin maraq dairəsində olacaq, ixtisas seçimində əsas naviqator roluna malik “Məzunların məşğulluq reytinqi” platformasının hazırlanmasında əsas məqsəd abituriyentlərin ali təhsil müəssisələrinin məşğulluq imkanları haqqında məlumatlılığını təmin etmək və məzunların məşğulluq reytinqi xəritəsinin yaradılmasıdır.
Platforma 3 bölmədən ibarətdir. Burada hər bir universitetin məzunlarını daha çox işlə təmin edən top 10 işəgötürənin adı, iqtisadi fəaliyyət növləri, məzunların işlə təminatı üzrə müddət aralıqları, ixtisasları üzrə çalışmaları, cins, sektor, sahə, əməkhaqqı aralıqları və və digər parametlər, universitetlərin, ixtisasların reytinqləri əks olunur.
“Məzunların məşğulluq reytinqi” platformasından istifadə ali təhsil müəssisələrinə qəbulun planlaşdırılmasına və kvotaların müəyyənləşdirilməsinə də ciddi töhfə verəcək. Daha sonra Universitetin müasir laboratoriyaları, Tələbə parkı, Açıq və Qapalı balıqyetişdirmə laboratoriyaları, İstixana kompleksi, Eksperimental heyvandarlıq kompleksi ilə tanışlıq olub.