Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 İyun 2024 / 04:25

FUTBOL TARİXİNDƏ GÜRCÜSTAN ŞOKU: PORTUQALİYA MƏĞLUB EDİLDİ VƏ…

Ötən gecə qrup mərhələsinin üçüncü oyununda Gürcüstan Portuqaliya yığmasını 2:0 hesabı ilə məğlub edib.

Tezadlar.az xəbər verir ki, bu nəticə ilə Gürcüstan millisi 4 xal toplayıb və 1/8 finala yüksəlib. Matçın ilk qolunu matçın başlamasından sonra ikinci dəqiqədə Xviça Kvaratsxeliya, ikinci qolu isə ikinci hissədə Giorgi Mikoutadze penalti ilə vurub.

Qeyd edək ki, iyunun 30-da Gürcüstan 1/8 finalda İspaniya ilə qarşılaşacaq. Ötən günkü yarışı ölkənin prezidenti və digər rəsmi şıxslər izləyib. Portuqaliya üzərindəki bu qələbə futbol tarixində əsl şok yaşadıb… Komanda sonadək əzmlə oynadı və hətta dünyanın futbol ulduzu Ronaldo belə bu oyunda bir qol belə vura bilmədi, əksinə, özü sarı vərəqə aldı…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!