Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 İyun 2024 / 04:11

SOCAR GÜRCÜSTAN KOMANDASI QALİB GƏLƏRSƏ, YANACAĞIN QİYMƏTİNİ AŞAĞI SALACAQ!

“SOCAR Georgia Petroleum” Gürcüstan millisinin  bu gün İspaniya yığmasını məğlub edəcəyi təqdirdə bütün növ yanacağın qiymətində endirim vəd edib.

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə “SOCAR Georgia Petroleum” şirkətinin sosial media hesabında məlumat paylaşılıb. Sözügedən açıqlamada deyilir: “Portuqaliyaya vurduğumuz 2 qoldan ilhamlanaraq, bu dəfə biz də bir vəd vermək istəyirik: Gürcüstan İspaniyanı məğlub edəcəyi təqdirdə, bazar ertəsi (1 iyul tarixində) saat 14:00-dan etibarən 90 dəqiqə ərzində bütün yanacaq növlərini 2 lariyə satacağıq”.

Qeyd edək ki, Gürcüstan – İspaniya yığmaları bu gün 30 iyun saat 23:00-da qarşılaşacaqlar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!