Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 İyul 2024 / 06:20

“AZƏRİQAZ”DAN QAZ TƏCHİZATI İLƏ BAĞLI XƏBƏRDARLIQ

 Bu gün üç rayonda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, “Qaradəmirçi” ölçü qovşağından qidalanan orta təzyiqli yeraltı qaz kəmərlərinin, “Saatlı Əlillər evi” ölçü qovşağından qidalanan orta təzyiqli daşıyıcı qaz kəmərlərinin və paytaxtın Xətai rayonunda orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması ilə bağlı bu gün saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Bərdə rayonunun (39 kənd), Saatlı rayonunun (bir hissəsi) və paytaxtın Xətai rayonunun (R.Quliyev, X.Məmmədov, R.Məmmədov, M.Hadi, Cavanşir küçələri) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!