Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Belarus prezidenti Aleksandr Lukaşenko ilə beynəlxalq gündəmdəki məsələləri müzakirə edib. Bundan əlavə, siyasətçi belaruslu həmkarının yaxşı formasını qeyd edib.
Tezadlar.az xəbər verir ki, görüşdən bir fraqment “Pul First” Telegram kanalında dərc olunub.
Jurnalistlər izah ediblər ki, liderlər Astanada keçirilən ŞƏT sammiti çərçivəsində görüşüblər.
“Cənab Prezident, əziz dostum. Mən sizi yaxşı formada görürəm”, – Ərdoğan deyib.
“Çalışırıq. Bizim başqa çarəmiz yoxdur”, – deyə Aleksandr Lukaşenko ona təbəssümlə cavab verib.
Türkiyə rəhbəri belaruslu həmkarı ilə söhbəti zamanı Ukrayna münaqişəsi mövzusunu da qaldırıb. O, Ankaranın sülhün bərqərar olması üçün səylərini davam etdirəcəyini və bu istiqamətdə Rusiya və Ukrayna ilə “səmimi təmasların” davam edəcəyini izah edib.
E.ŞİRİNOV