Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Hacıqabulda yük maşınının aşması nəticəsində ölən və yaralananlar var.
Tezadlar.az bildirir ki, hadisə bakı-qazax magistralının rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Məlum olur ki, hərəkətdə olan “Kamaz” markalı yük maşını anidən idarəetməni itirərək yolun kənarına aşıb. Qəza nətisəsində Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Məmmədov Samir hadisə yerində ölüb. Digər Bakı sakinləri, 1955-ci il təvəllüdlü Məmmədov Sahib Fərzəli oğlu, 1954-cü il təvəllüdlü Məmmədova Firuzə Əsəd qızı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. F. Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.