Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 İyul 2024 / 06:03

NAZİRƏ ŞƏRTİ, APARAT RƏHBƏRİ OLAN ŞAİRƏ İSƏ 8 İL 6 AYLIQ CƏZA!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri, məhkum yazıçı Əjdər Cəbiyevin (Əjdər Ol) kassasiya şikayətinə baxılıb.

Tezadlar.az xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda yekun qərar qəbul edilib. Vidadi Cəfərovun sədrlik etdiyi məhkəmə heyəti məhkum yazıçıya təyin edilmiş 8 il 3 ay azadlıqdan məhrumetmə cəzasını qanunauyğun hesab edib. Qərara əsasən, şikayət əsassız sayılaraq təmin edilməyib.

Qeyd edək ki, Əjdər Ol sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaqla Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. O, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini 3 ay azaldıb. Səlim Müslümova isə şərti cəza verilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!