Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 İyul 2024 / 06:05

İKİ VƏKİL ARASINDA QALMAQAL

İki tanınmış vəkil Ceyhun Yusifovla həmkarı Adəm Məmmədov arasında məhkəmə çəkişməsi başlayıb…

Tezadlar.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında edilən şikayətində Ceyhun Yusifov  ona böhtan atıldığını, eləcə də şərəf və ləyaqətinin alçaldığını, işgüzar nüfuzuna zərbə vurulduğunu yazıb. O, eyni iddia ilə vəkil Adəm Məmmədovun təsisçisi olduğu saytlara qarşı da məhkəməyə müraciət edib. İşə hakim Vüsal Qurbanov baxacaq.

“Təzadlar”dan xatırlatma: adətən vəkillər məhkəmələrdə vətəndaşların hüquqlarını qoruyur, indi isə vəkillər bir-birinin özləri tərəfindən pozulduğu güman edilən hüquqlarını məhkəmədə qorumalı oldu… Hər ikisi üzdə olan vəkildir və barışa ehtiyac var! 

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!