Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 Avqust 2024 / 14:11

PREZİDENT MÜXALİFƏTİ BİRLİYƏ ÇAĞIRDI- İNANILMAZ

“Ambisiyalar müxalifət partiyalarına baş nazir postuna vahid namizədlə bağlı razılığa gəlməyə imkan verməyəcək”.

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Prezident Salome Zurabişvili mətbuat konfransında bildirib. Eyni zamanda, prezident əmindir ki, xartiyanı həyata keçirməyə borclu olacaq texniki hökumət haqqında razılaşmaq mümkündür. Sitat: “İnanmıram ki, siyasi fiqur olacaq baş nazir ilə bağlı razılığa gəlmək mümkün olsun, çünki hər partiyanın öz ambisiyaları və başqalarına öz baxışları var. Bu gün ölkənin taleyi həll olunur və indi təkcə prezident deyil, hər kəs şəxsi siyasi ambisiyalarından əl çəkməlidir”. Həbsdə olan eks prezident Mixeil Saakaşvilinin taleyi ilə bağlı sualı cavablandıran prezident bildirib ki, əvvəlcə Gürcüstan xilas edilməlidir, sonra Saakaşvilinin taleyi qaydasında olacaq.

“Gürcüstan Xartiyası” Salome Zurabişvili tərəfindən təqdim edilmiş fəaliyyət planıdır. Xartiyanın məqsədi oktyabrın 26-da keçiriləcək parlament seçkilərində avropayönlü müxalifəti birləşdirməkdir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!