Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Avqust 2024 / 05:45

TOMAS LEÇ BUÇEK AZƏRBAYCAN ƏLEYHİNƏ YALANLARININ CƏZASINI BELƏ ALDI

Azərbaycan əleyhinə yalanlar uydurub ədalətsizliyə yol verənlərin aqibəti bizə bəllidir…

Elə Polşalı siyasətçi Tomas Leç Buçek kimi. O, Qarabağdakı hadisələrlə bağlı yalan məlumat yaydığına görə Polşada üç ay müddətinə həbs cəzasına məhkum edilib. Buçek, sosial şəbəkələrdə aldığı cəzanı “Artsaxdakı” fəaliyyəti, erməni əsirlərin azad edilməsi və Ruben Vardanyana dəstək verməklə əlaqələndirib. 2023-cü ilin oktyabrında Buçek Twitter-də Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağdakı “Biz Dağlarıq” abidəsinin dağıdılması əmrini verdiyini iddia edən bir mesaj paylaşmışdı. Bir il əvvəl isə, o, “Azərbaycanın hərbi cinayətlərinə dair sübutlara” malik olduğunu da iddia etmişdi.

Yalanın isə bəzən ömrü 40 gün yox, 4-5 gün olur. Buçekinki kimi. 

Bir müddət keçəcək, Azərbaycandan üzr də istəyəcək. Amma bu da gec olacaq. Çünki onun yalanları şəxsə qarşı deyil, Azərbaycana, bəşəriyyətə qarşı yönəlmişdir…

A.Məmmədli 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!