Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Avqust 2024 / 12:21

İSRAİL XİN İRANLA GENİŞMİQYASLI MÜHARİBƏNİN QAÇILMAZ OLDUĞUNU ETİRAF EDİB

İsrail və İran arasında genişmiqyaslı müharibə qaçılmaz olaraq başlayacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Fleur Hassan-Nachum “Newsweek” jurnalına müsahibəsində bildirib.

O, yəhudi dövləti ilə İslam Respublikası arasında genişmiqyaslı silahlı qarşıdurmaya toxunaraq, “Bu qaçılmazdır” dedi. Diplomatın sözlərinə görə, hazırda İsrailə qarşı “İran və onun müttəfiqləri psixoloji müharibədə qalib gəlir”. Eyni zamanda, Həsən-Naum hesab edir ki, Birləşmiş Ştatlar Yaxın Şərqdəki vəziyyətə müdaxilə etməklə, guya İranı “yarım günə” “məğlub edə” bilər. “Amerikanın etməli olduğu yeganə şey İranın nüvə infrastrukturunu yalnız Amerikada olan silahlarla vurmaqdır. İsrail bunu təkbaşına edə bilməz”, – deyə o, Ağ Evin belə bir addım atması ehtimalının az olduğunu əlavə edib.

Bundan əvvəl Ağ Ev İranın İsrailə hücum planından əl çəkmədiyini təsdiqləyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!