Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukraynanın müdafiə naziri Rüstəm Umerov dörd müavininin işdən azad edilməsi üçün ərizə verib.
Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu barədə nazir teleqram kanalında məlumat verib. Sitat: “Mən müdafiə nazirinin müavinləri – Stanislav Hayderin (nazirin Ofis rəhbəri vəzifəsinə keçir), Aleksandr Sergeyevin, Yuri Ciqirin, Lyudmila Daraqanın (dövlət katibi) işdən azad edilməsi barədə Nazirlər Kabinetinə təqdimat imzaladım”.
Lakin nazirlik 4 müavinin işdən çıxarılma səbəbinə aydınlıq gətirməyib. Ehtimal ki, bunlar müharibədəki vəziyyətlə bağlıdır.
A.Məmmədli