Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 Fevral 2025 / 11:08

Baş hakimə rüşvət təklif edildi

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Portuqaliyada “Benfika” və Fransanın “Monako” klubları arasında keçirilmiş cavab oyununda maraqlı hadisə baş verib.

Tezadlar.az xəbər verir ki, oyunun gedişində hesab 3:3 olarkən baş hakim Qlenn Nyuberq mübahisəli epizoda baxmaq üçün VAR monitoruna yaxınlaşıb. Bu zaman yerli komandanın azarkeşlərindən biri qonaqların lehinə penalti təyin olunmasının qarşısını almaq üçün əlində tutduğu pulu referinin gözləri qarşısında yelləməyə başlayıb. İsveçli hakim buna əhəmiyyət verməsə də, sonra 11 metrlik cərimə zərbəsi təyin etməyib.

Qeyd edək ki, iki görüşün nəticəsinə əsasən 4:3 hesablı qələbə qazanan “Benfika” 1/8 final mərhələsinə vəsiqə qazanıb. Lissabon təmsilçisi bu raundda İspaniyanın “Barselona” və ya İngiltərənin “Liverpul” klubu ilə qarşılaşacaq.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!