Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ prezidenti Donald Trampın elan etdiyi yeni tariflərin qlobal iqtisadiyyata ağır zərbə vuracağını deyib və əlavə edib ki, Avropa İttifaqı cavab tədbirləri hazırlayır. Tezadlar.az CNN-ə istinadla bildirir ki, xanım sədrin çıxışında deyilir: “Prezident Trampın bütün dünya, o cümlədən AB üçün universal tarifləri elan etməsi dünya iqtisadiyyatına ciddi zərbədir. Tariflər bütün dünyada istehlakçılara da ciddi zərər verəcək və təsiri dərhal hiss olunacaq… Milyonlarla vətəndaş daha yüksək ərzaq ödənişləri ilə üzləşəcək. Dərmanlar, eləcə də nəqliyyat daha baha olacaq. İnflyasiya yüksələcək. Və bu, ən həssas insanlara xüsusilə ağır zərbə vuracaq. Böyük və kiçik bütün müəssisələr ilk gündən zərər çəkəcək”.
O əlavə edib ki, Trampın digər ölkələrin qlobal ticarət qaydalarından ədalətsiz istifadə etməsi ilə razılaşdığını və bu qaydalarda islahatların aparılması səylərini dəstəkləməyə hazır olduğunu, lakin tariflərdən istifadənin problemi həll etməyəcəyini vurğulayıb. Sitat: “Buna görə biz əvvəldən transatlantik ticarətdə qalan hər hansı maneələri aradan qaldırmaq üçün ABŞ ilə danışıqlara həmişə hazır olmuşuq. Eyni zamanda, cavab verməyə də hazırıq. Biz artıq polad tariflərinə cavab olaraq ilk əks tədbirlər paketini yekunlaşdırırıq. Avropalılar həmişə öz maraqlarını və dəyərlərini təbliğ edəcək və qoruyacaqlar”.
Bu da Trampın prezidentliyinin hələki bu günə olan nəticəsi…
A.Məmmədli