3 Aprel 2025 / 13:38

Serj Sarkisyanın Qarabağ cinayətləri-ERMƏNİ DİLİNDƏN

Bu gün Bakı Hərbi Məhkəməsində (aprelin 3-də) davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İşxanyan dövlət ittihamçılarının suallarını cavablandırarkən qondarma rejimin “ordu”sunun idarə olunmasının “özünümüdafiə komitəsi” tərəfindən həyata keçirildiyini bildirib. Tezadlar.az  xəbər verir ki, o qeyd edib. Sitat: “Rəhbərlər Serj Sarkisyan və Samvel Babayan idi. Amma idarəetmə mexanizmi ilə bağlı bir şey deyə bilmərəm”.

Xatırlatma: Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!