“Bəzi sosial media mənbələri tərəfindən, Azərbaycanda məhkəmə prosesləri davam edən Qarabağdakı keçmiş qondarma erməni administrasiyasının üzvləri ilə bağlı Nazirliyimiz tərəfindən verildiyi iddia edilən açıqlama həqiqəti əks etdirmir”. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilir. Məlumatda daha sonra deyilir:“Biz ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan bu cür əsassız yazıları pisləyirik. Nazirliyimizin rəsmi açıqlamalarını https://www.mfa.gov.tr/aciklamalar-genel.tr.mfa linki vasitəsilə əldə etmək olar”.
Qeyd edək ki, bir sıra erməni sosial media hesablarında Türkiyə Xarici İşlər Nazirliyinə aid olduğu iddia edilən feyk xəbərlər yayılıb.







