11 Aprel 2025 / 08:42

Trampdan Çin məhsulları ilə bağlı şok qərar

Dünya iqtisadiyyatı reanimasiya dövrünə yaxınlaşır. Tezadlar.az xatırladır ki, ABŞ Prezidenti Donald Tramp Çin məhsullarına tətbiq olunan gömrük rüsumlarını 145 faizə qaldırıb. Ağ Ev bu faktı təsdiqləyib. CNN yazır ki, Çindən idxal olunan məhsullara ABŞ-ın tətbiq etdiyi tarif dərəcəsi hazırda faktiki olaraq 145%-dir. Maraqlıdır ki, bundan əvvəl Tramp ABŞ-ın Çinə tətbiq etdiyi ticarət tariflərini 125%-ə qaldırmışdı. Çin hakimiyyəti isə buna cavab tədbiri olaraq ABŞ-dan idxal olunan mallara rüsumları 84%-ə qədər artırmağa qərar vermişdi. Tramp Çini bu addımdan geri çəkilməyə çağırmış, əks halda rüsumları daha da qaldıracağını bildirmişdi.

Belə çıxır ki, Tramp dünyanı idxal rüsumları ilə sınağa çəkərək Rusiya- Ukrayna müharibəsindəki yardım paketlərinin əvəzini bu rüsumlarla geri qaytarmağı hədəfləyib,

Bundan əvvəl isə Tramp bəyan etmişdi ki, ABŞ iqtisadiyyatı rüsum tətbiqindən sonra hər gün 2 milyard dollar qazanır.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!