11 Aprel 2025 / 08:50

“Biz heç kimə ölkəmizi idarə etməyə imkan verməyəcəyik”

Ötən gün Tbilisi meri Kaxa Kaladze Böyük Britaniyanın Gürcüstan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməsinə münasibət bildirib. Tezadlar.az xəbər verir ki, Kaladze “Gürcü arzusu”nun heç kimə Gürcüstanı idarə etməyə imkan vermədiyini və məhz buna görə təhdidlərin davam etdiyini qeyd edib. “Həmişə olduğu kimi, şantaj və təhdidlər davam edir. Bu şəxslərə sanksiyaların tətbiqi, Britaniya tərəfindən şantajın davam etdirilməsindən xəbər verir. Biz sadəcə olaraq hərəkət edirik – öz ölkəmizi və xalqımızı qoruyuruq, heç kimin Gürcüstana hakim olmasına imkan vermirik”.
Kaladze əlavə edib ki, hökumət bütün təzyiqlərə baxmayaraq, Gürcüstanın müstəqilliyini və suverenliyini qorumaqda qərarlıdır: “Onlar Gürcüstanı böyük dövlətlərin maraqlarını həyata keçirmək üçün vasitəyə çevirmək istəyirlər. Bu isə ölkəmizin maraqlarına ziddir. Lakin biz bütün təhdidlərə baxmayaraq xalqımızı və dövlətimizi qorumaqda davam edəcəyik”.

Böyük Britaniya bu gün Gürcüstanın Baş Prokuroru Giorgi Qabitaşviliyə, DİN rəhbərinin müavini Şalva Bedoidzeyə, Xüsusi İstintaq Xidmətinin rəhbəri Karlo (Koka) Katsitadzeyə və DİN-in Xüsusi Tapşırıqlar Departamentinin rəhbərinin müavini Mirza Kezevadzeyə maliyyə sanksiyaları tətbiq edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!