Əsas məzmuna keç

Qadın hərbçimiz avtoqəzada ölüb-KƏLBƏCƏRDƏ

Bu gün aprelin 14-də səhər saatlarında məzuniyyətdə olarkən Azərbaycan Ordusunun qadın hərbi qulluqçusu Şahverdiyeva İlahə Rəsul qızı idarə etdiyi şəxsi avtomobilində hərəkət zamanı baş vermiş avtoqəzada vəfat edib. Tezadlar.az xatırladır ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə başsağlığı verib.

Qeyd edək ki, qəza Kəlbəcər ərazisində baş verib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…