Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Qabil oğlu Məmişov vəzifəsindən azad edilib. Tezadlar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb. Digər Sərəncamla H.Məmişov maliyyə nazirinin müavini təyin edilib. Həmçinin Anar Kərimov isə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib və o, maliyyə nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu vəzifədən azad edilərək maliyyə naziri təyin edilib. Onun sabiq müavinləri- Himalay Məmişov və Anar Kərimov da keçmiş nazirlikdəki vəzifələrindın çıxarılaraq Maliyyə Nazirliyinə gətirildilər və Sahil Babayevin müavinləri təyin olundular.
Beləcə, Sahil Babayev yeni komandasını köhnə komandasının üzvləri əsasında qurmaqdadır. Burda da təbiilik var. Demək, nazir vaxtilə birgə çalışdığı müavinləri ilə işləməyi daha uyğun fəaliyyət kimi görür.
A.Məmmədli