16 Aprel 2025 / 08:30

Bakıda bu yollarda nəqliyyatın hərəkəti yağış və sel səbəbindən bağlandı

Ölkə ərazisindəki güclü yağış Bakı şəhəri ərazisində də yollarda nəqliyyatın hərəkətini çətinləşdiyindən məhdudiyyətlər tətbiq edilib. Tezadlar.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Qeyd olunub ki,  Nizami rayonu, Heydər Əliyev prospekti, “Bağırov” tuneli, mərkəz istiqamətində tunelə yağış sularının yığılması səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Problemlə bağlı NİİM tərəfindən aidiyyəti üzrə məlumat verilib. Bundan başqa, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi  və Aeroport şosesi, Hava Limanının yaxınlığından mərkəz istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib. Vurğulanıb ki, hazırda polis əməkdaşları tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülür.

Sürücülərə sel suları təhlükəsi olan yollarda ehtiyatlı olmaları tövsiyyə edilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!