20 Aprel 2025 / 09:22

Rus aktrisa iki sovet müharibə filminin heç vaxt yenidən çəkilməməsinə çağırır

Rusiyanın xalq artisti Svetlana Drujinina müharibədən bəhs edən iki sovet filminin heç vaxt yenidən çəkilməməsinə çağırıb.

Tezadlar.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.

“Durnalar uçur” heç bir halda yenidən çəkilməməlidir. “Əsgər haqqında ballada” heç vaxt yenidən çəkilməməlidir”, – aktrisa bildirib.

O əlavə edib ki, remeyki kimin və hansı filmi çəkməsindən çox şey asılıdır, bu, çox fərdi sualdır. Drujininanın sözlərinə görə, bəzi filmləri, xüsusən də musiqili filmləri yenidən çəkmək olar.

Bundan əvvəl Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin xüsusi hərbi əməliyyatın qəhrəmanları haqqında bədii filmlərin çəkilməsinə çağırıb.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!