Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

… Astaradan olan Mahmud adlı köhnə tanışların birindən Tofiq müəllim haqqında bilgi-məlumat soruşduq. Dərhal tanıdı və ürək dolusu xoş sözlər söylədi. Və məlum olurdu ki, Tofiq Əliyev uzun illər Astara rayonunda nəqliyyat sahəsinə rəhbərlik edib, amma ən vavcibi, onu tanıyanların yaddaşında rəis, məmur kimi deyil, sadə, səmimi və müdrik insan kimi iz qoyub.
Bu gün onun 80 yaşı tamam olur. Astaradan olan və uzun illər təhsil sahəsində çalışmış, məktəb direktoru olmuş Həbib müəllim isə «Təzadlar»a göndərdiyi təbrik məktubunda yazır: «Tofiq müəllim Astarada elə bir hörmət sahibidir ki, orta və yaşlı nəslin nümayəndələrindən kimə müraciət edilsə, onun haqqında ən xoş sözləri deyəcək. Çünki Tofiq Əliyev bunu öz əməyi, insanlara qarşı xoş münasibəti ilə qazanıb. Onun amalı həmişə Vətənə, dövlətə və dövlətçiliyə, insanlara xidmət olub. Bütün astaralılar adından ən xoş arzularımı və təbrikimi çatdırıram. Arzu edirəm ki, Tofiq müəllim 100 yaşını qeyd etsin!».
Biz də dəyərli el ağsaqqalını ürəkdən təbrik edirik, sağlam və uzun ömür arzulayırıq!
Y.Məmmədli