Əsas məzmuna keç

Yağış yenidən qayıdır: sel və daşqın…

Sabah-aprelin 22-24-də əsasən gecə və axşam saatlarında bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə “Təzadlar”a  Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata əsasən, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Bir daha sel təhlükəsini nəzərə alaraq diqqətli olmaq tövsiyyə olunur.

Elşad

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…