Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 Aprel 2025 / 20:08

Türkiyədə zəlzələ: Azərbaycanın baş nazirindən mənəvi dəstək var

Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub. Tezadlar.az xatırladır ki, Azərbaycan Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, telefon danışığı əsnasında İstanbul şəhərində baş vermiş silsilə zəlzələ ilə bağlı narahatlıq ifadə olunub, Azərbaycanın hər zaman olduğu kimi bu çətin məqamda da qardaş Türkiyənin yanında olduğu bildirilib.

Hazırda Türkiyənin aidiyyəti qurumları tərəfindən bölgədə qiymətləndirmə, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində aparılan tədbirlər müzakirə olunub.

Qeyd edək ki, İstanbulda saat 12:13-də baş verən 3,9 maqnitudalı zəlzələdən sonra üç saat ərzində daha 46 təkan baş verib. 1,6 maqnitudalı ən zəif təkan İstanbulun Silivri və Böyükçəkməcə bölgələrində, 6,2 maqnitudalı ən güclü təkan isə Silivridə qeydə alınıb. Zəlzələ ilə əlaqədar 150-dən çox insan xəsarət alıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!