Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
NƏ QƏDƏR Kİ, BANKLAR TƏHLÜKƏSİZLİYİNİ TƏMİN EDƏ BİLMİR, YALANÇILAR TAMAHKAR VƏTƏNDAŞLARIMIZI ALDATMAQDA DAVAM EDƏCƏK. Budur, dünən bank kartlarından 20 min 332 manat oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyi də məlumat yayıb. Məlum olur ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 23-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 9920, 1800, 1411, 1390, 1255, 924, 658, 500, 498, 485, 400, 240, 220, 125, 100, 100, 100, 86, 70, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Yaxşı, cinayətkarlar bankın sisteminə necə girə bilir? Sadə dildə desək, sənin darvazanın kilidi etibarlı deyilsə, get özünə daha keyfiyyətli kilid al, yaxud da darvazanı bağla çıx get başqa işlərlə məşğul ol!
Ən sadə yol budur!
A.Məmmədli