Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qırğızıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri davam edir. Aprelin 23-də Ç.Aytmatov adına Qırğızıstan Dövlət Milli Rus Dram Teatrında Azərbaycan Dövlət Pantomim Teatrının rejissoru, aktyor, pedaqoq Ceyhun Dadaşov tərəfindən ustad dərsi təşkil olunub.
Qeyd edək ki, Ceyhun Dadaşov 2000–2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) teatr kollektivinin rejissoru ixtisası üzrə bakalavr və 2004–2006-cı illərdə isə Teatr rejissoru istiqaməti üzrə magistr pillələrini bitirib. 2003-cü ildən 2014-cü ilədək Azərbaycan Dövlət Pantomim Teatrında aktyor vəzifəsində işləyib, sonra həmin sənət ocağında rejissor kimi fəaliyyət göstərib. 2015-ci ildən ADMİU-da aktyor sənəti, səhnə hərəkəti, qılınc təlimi və səhnə döyüşü kimi fənləri tədris edir.