Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 Aprel 2025 / 14:11

“Torqovıy” küçəsindəki oturacaqları kim və niyə yığışdırıb?

Tezadlar.az-a az qala hər gün onlarla oxucu replika və şikayətləri daxil olur. Onları sistemləşdirib tədbir görülməsi üçün bəzilərini aidiyyəti dövlət qurumlarına göndəririk, bəzilərini isə ictimailəşdirilməsi üçün yayımlayırıq.

Bu dəqiqələrdə daxil olan şikayət isə Bakı şəhər sakini, 85 yaşlı Rəhim Tağızadədəndir. Rəhim baba yazır: “Evimə yaxın olduğundan hərdən Bulvara və ya Fəvvarələr bağı kimi tanınan əraziyə çıxmaq istəyirəm, yolum “Torqovı”dan keçir. Bu gün baxıram ki, bu küçədə qoyulmuş oturacaqları kimlərsə münasib bilməyib və yığışdırıb. Axı bu tapşırığı verən başa düşməlidir ki, küçədən keçən insan ahıl, xəstə və körpə uşaqlı ola bilər, yorulanda əyləşib dincəlmək lazım gəlir. İndi bu boyda gəzintili bir meydanda oturmağa bir oturacaq yoxdur… Bu məsələni ictimailəşdirin, bəlkə yatmış vicdanlar oyandı…”.

Bu da son. İnanırıq ki, əvvəlki oturacaqlar yerinə qaytarılacaq.

Elşad

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!